Şit şoumenləri tanımaqdansa, Xanlar Qurbanovla da maraqlanın – VİDEObackend

Şit şoumenləri tanımaqdansa, Xanlar Qurbanovla da maraqlanın - VİDEO

KONKRET.az ömrünü Vətənə, elmə, təhsilə, idmana həsr edən insanlar haqqında yazılara da geniş yer verir. Çünki müğənnilərin, şit şoumenlərin, havalı “sənətçilərin” at oynatdığı cəmiyyətdə belə adamları təbliğ etmək daha vacibdir. Odur ki, oxucular üçün bəlkə də ilkin məqamlarda maraqlı gəlməsə də, onları tanıması çox vacibdir. Ona görə ki, oxucuların belə şəxsiyyətlər barədə məlumatlı olmaları mütərəqqi cəhddən başqa bir şey deyil. Beləliklə, Xanlar Qurbanovu tanıtırsınızmı?

Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakının dağlı məhəlləsində anadan olub. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Xanlar Qurbanov 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub, 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirib. O, tələbəlik illərində sərbəst güləş üzrə beynəlxalq yarışların iştirakçısı olub, mükafatlar alıb.

İnstitutu bitirdikdən sonra təyinatla həmin institutun güləş kafedrasında müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1968-ci ildə Moskva şəhərində Ümumittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat İnstitutunun aspiranturasını bitirib pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını alıb. 1989-cu ildə dosent elmi adına layiq görülüb. Həmin ildən bu günə kimi güləş kafedrasının müdiri vəzifəsində çalışır. O, bacarığını respublikada idmanın sərbəst güləş növünün inkişafına sərf edib və bir çox pəhləvanlar yetişdirib. Həmin idmançılar sərbəst güləş üzrə müxtəlif səviyyəli yarışlarda qalib gəliblər. Xanlar Qurbanov Azərbaycan Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adına layiq görülüb.

Tanınmış alim-idmançı Xanlar Qurbanov əldə etdiyi nailiyyətlərlə xarici ölkələrdə də şöhrət qazanıb. 1955-ci ildə Türkiyənin İstanbul Tibb-spor Universitetinin professoru fəxri adına layiq görülüb. İdmanda göstərdiyi xidmətlərə görə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komissiyasının üzvü seçilib.

Azərbaycan Milli İdman Assosiasiyasının prezidentidir. O, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür, Sərbəst və Yunan-Roma Güləşi üzrə Federasiyanın icraiyyə komitəsinin üzvüdür. O, 1990-1995-ci illərdə Bakı şəhər Sovetinin deputatı olub. Bakının ictimai həyatında fəal iştirak edib.

Professor Xanlar Kazım oğlu Qurbanov onlarla kitab və məqalənin müəllifidir.

1970-ci ildə idman ustası, 1982-ci ildən isə ümumittifaq dərəcəli hakimdir.

Azərbaycan Respublikasının “əməkdar məşqçisi” adlarına layiq görülüb.

Elm və təhsil sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Professor Xanlar Qurbanov “Vektor Beynəlxalq Elmi Mərkəzi” tərəfindən “Azərbaycanın tanınmış alimləri” və “XXI əsr Azərbaycan ziyalıları” diplomlarına layiq görülüb.

Bizdə öz növbəmizdə Xanlar Qurbanovu təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*