“ABŞ Azərbaycanın strateji ticarət mərkəzi və ikinci ən böyük şəhəri olan Gəncədə konsulluq açmalıdır”.
KONKRET.az xəbər verir ki, ABŞ-da “Heritage Foundation” Beynəlxalq Siyasət Mərkəzinin rəhbəri, siyasi məsləhətçi Lyük Koffi bu təkliflə çıxış edib.
“Regionda yeni bir reallıq yaranıb, hansı ki, ABŞ anlamalı və diqqətə almalıdır”, – deyə siyasi məsləhətçi özünün “Twitter” hesabından bildirib.
