Siyəzəndə iki maşın toqquşdu – Xəsarət alanlar varbackend

Siyəzəndə iki maşın toqquşdu - Xəsarət alanlar var

Siyəzən rayonunda yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Zarat kəndi ərazisində qeydə alınıb.

“Ford” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İki nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*