“Siz Türkiyəni ittiham etməklə dünyanı aldada bilərsiniz, amma bizi aldada bilməzsiniz” – Ərdoğan ƏSƏBİLƏŞDİbackend

“Siz Türkiyəni ittiham etməklə dünyanı aldada bilərsiniz, amma bizi aldada bilməzsiniz” – Ərdoğan ƏSƏBİLƏŞDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması səs-küyə səbəb olub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan Yunanıstanın ABŞ-ın hərbi bazasına çevrildiyini açıqlayıb.

Türkiyə lideri Yunanıstanı miqrantları ölümə məhkum etməkdə günahlandırıb: “Siz Türkiyəni ittiham etməklə dünyanı aldada bilərsiniz. Amma siz bizi aldada bilməzsiniz” – deyə Ərdoğan vurğulayıb.

Ərdoğan həmçinin Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi miqrasiya böhranı ilə bağlı yalan danışmaqda ittiham edib. “Miqrasiya böhranının kökündə Türkiyənin olduğunu söyləmək nankorluqdur” – Ərdoğan əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*