Slovakiyanın Baş naziri Robert Fikoya naməlum şəxs tərəfindən içində güllə olan zərf göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə POLITICO məlumat yayıb.
Zərfin kim tərəfindən göndərildiyi məlum deyil.
Bildirilib ki, məsələ ilə bağlı Slovakiya polis qüvvələrinə məlumat verilib.
Xatırladaq ki,may ayında Fikoya qarşı sui-qəsd cəhdi edilib. Baş nazirinin həyatına 71 yaşlı Juraj Cintula qəsd etməyə çalışmışdı.