“Ukrayna yaxın iki il ərzində Avropa İttifaqına daxil olmağa ümid edir”.
KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal “Politico”ya bildirib.
“Yaxın iki il ərzində Avropa İttifaqına daxil olmaq üçün çox iddialı planımız var. Ümid edirik ki, 2023-cü ildə ilkin danışıqlar keçirilə bilər”, – Baş nazir deyib.
Məlumata görə, Ukraynanın birliyə daxil olması məsələsini müzakirə edəcək Ukrayna-Aİ sammiti fevralın əvvəlində Kiyevdə keçiriləcək.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 28 fevral 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib. İyunun 23-də isə Ukrayna Aİ üzvlüyünə namizəd statusu alıb. Birliyə qoşulmaq üçün Ukrayna bir sıra islahatlar, o cümlədən korrupsiya ilə mübarizə və məhkəmə islahatları aparmalıdır.
İqbal Rzayev,
KONKRET.az
