Smolensk vilayətində axtarış işləri zamanı Böyük Vətən Müharibəsi zamanı həlak olmuş 10 əsgərin qalıqları tapılıb.
KONKRET.az xəbər verir ki, artıq onların şəxsiyyətləri müəyyən edilib. Tapılan kapsuldakı məlumatlara əsasən, onlardan biri Bakı şəhər sakini, 1921-ci il təvəllüdlü Səlimov Cəfər Hənifə oğlu oğludur. 1940-cı ilin oktyabrında Bakı ŞHK tərəfindən hərbi xidmətə çağırılıb.
Mərhumun qohumlarının və yaxınlarının axtarışına köməklik göstərilməsi xahiş olunur. Əsgərin qalıqlarının Smolenskdə yenidən hörmətlə dəfn edildiyi bildirilir.
Xuraman Etibarlı,
KONKRET.az
