Soçidə hava limanı yenidən bağlandı – uçuşlara qadağa qoyuldubackend

Soçidə hava limanı yenidən bağlandı - uçuşlara qadağa qoyuldu

Soçi hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunub. Məlumat 30 avqust, bazar günü Rosaviasiyanın “Max” messencerindəki kanalında dərc edilib.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün daha əvvəl Rosaviasiya Saratovdakı və Penza hava limanlarında tətbiq olunan müvəqqəti məhdudiyyətlərin aradan qaldırıldığını və hava limanlarının fəaliyyətini bərpa etdiyini açıqlayıb.

Soçi hava limanında son günlər uçuşlara məhdudiyyətlər bir neçə dəfə tətbiq edilib və bu, reyslərin ciddi gecikmələrinə səbəb olub.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*