ŞOK: Rusiya radioloji terror törədib Ukraynanın üzərinə atacaqbackend

ŞOK: Rusiya radioloji terror törədib Ukraynanın üzərinə atacaq

Rusiya Ukrayna ərazisində mümkün radioloji insident təhlükəsindən Qərbə qarşı informasiya təzyiqi və Kiyevi gözdən salmaq məqsədilə istifadə edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Analitiklərin fikrincə, Rusiya rəsmiləri nüvə silahının mümkün tətbiqi ilə bağlı ritorikanı gücləndirərək əsasən Böyük Britaniya və Fransanı hədəfə alırlar. Hər iki ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edir.

ISW hesab edir ki, Moskvanın məqsədi eskalasiya qorxusu yaratmaq, Avropa ölkələrini Kiyevə dəstəkdən çəkindirmək və ABŞ-ı təşəbbüslərini məhdudlaşdırmağa sövq etməkdir.

Ekspertlər bildirirlər ki, Rusiya Ukrayna ərazisində radioloji xarakterli hadisəyə yol verə və ya belə bir insidenti təhrik edərək məsuliyyəti Kiyevin üzərinə atmağa cəhd göstərə bilər.

Hesabatda qeyd olunur ki, risklər Rusiya qüvvələrinin Ukraynanın enerji infrastrukturuna, o cümlədən atom obyektlərinə mütəmadi hücumları fonunda daha da artır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*