ŞOK TƏSADÜF: 4 bacı eyni anda HAMİLƏ QALDIbackend

ŞOK TƏSADÜF: 4 bacı eyni anda HAMİLƏ QALDI

Dörd bacı bu il eyni vaxta ana olacaq. Bu təsadüf hamını təəccübləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Good Morning America” (GMA) məlumat yayıb.

Nəşr yazır ki, üç fərqli ştatda yaşayan Cesika Hanna, Jordan Sutton, Jena Primsky və Jaden Lortz bacıları eyni anda hamilə qalqıqlarını eşidəndə böyük şok yaşayıblar.

“Bilirəm ki, bir çox insan deyəcək: “Bunu siz dizayn etmisiniz”. Lakin əlbəttə ki, bunu biz planlaşdırmamışdıq. Sadəcə, Allah sirli üsullarla işləyir”, – Cesika Hanna GMA-aya bildirib.

Dörd bacıdan ikisinin, Koloradoda yaşayan 33 yaşlı böyük bacı Primski və Texasda yaşayan 25 yaşlı kiçik bacı Lortzun doğuş vaxtı eyni tarixə, yəni oktyabrın 1-nə təsadüf edir. Primsky və əri Mayk ikinci dəfə oğlan övladına sahib olacaq. Lortz və əri Ceyk isə ilk övladlarını, qız uşağı gözləyirlər.

Nebraskada yaşayan 27 yaşlı Sutton əri Dilanla avqust ayında övladını (və hələ də körpənin cinsi müəyyənləşməyib) qarşılayacaq. Nebraskada yaşayan Hanna və əri Nolan isə körpə qızlarına 11 noyabrda qovuşaqcaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*