Solovyov Latviyanı qoşun göndərmək və nüvə silahından istifadə etməklə hədələyib.
KONKRET.az xəbər verir ki, rus təbliğatçısı Vladimir Solovyov Avropanın ruslar üçün mümkün bağlanmasına cavab olaraq Latviyaya qoşun yeridilməsinə çağırıb.
“Yaxşı, biz indi Latviyada 40% rusdilli əhalinin müdafiəsi üçün qoşun gətirəcəyik. NATO ölkələri tərpənəcəkmi? Berlin, Paris, London, Brüssel – raket zərbələrimizdən yanmağa hazırsınızmı?”, – Solovyov deyib.
Solovyovun sözlərinə görə, ekstremal hallarda Rusiya nüvə silahından istifadə edə bilər.
“Amerika nasist çılğınlığı ilə rusdillilərin hüquqlarını pozan Baltikyanı ölkələr uğrunda döyüşə qoşulmağa hazır olacaqmı?”, – deyə o sual verib.
Yekunda Solovyov NATO-nun mövqeyi ilə maraqlanıb:
“Baltiklərin axmaqlığına görə onlar nüvə müharibəsinə getməyə hazır olacaqlarmı?”.
Xuraman Etibarlı,
KONKRET.az
