“Bakı İrəvandan müsbət siqnallar alıb”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Avronest PA komitəsinin İrəvanda keçirilən iclasında çıxış edən deputat Soltan Məmmədov deyib. O bildirib ki, “hamımızın qarşılıqlı hörmətə, əməkdaşlığa ehtiyacımız var və Cənubi Qafqazda əməkdaşlıq nümunəsinə çevrilməliyik”.
“Təklif etdiyimiz format regionun inkişafı və təhlükəsizliyidir. Biz böyük iqtisadi əhəmiyyət kəsb edən layihələr təklif edirik. Münaqişə bitdikdən sonra Azərbaycan Ermənistanla sərhədlərin demarkasiyasına hazır olduğunu bəyan edib. Bu məsələ ilə bağlı Ermənistandan müsbət siqnallar almışıq”, – deyə deputat bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
