“Şolts və Zelenskinin əl sıxması olduqca qəribə alınıb və İngiltərə kraliçası ilə əl sıxmağa bənzəyir” – Baranova – VİDEObackend

"Şolts və Zelenskinin əl sıxması olduqca qəribə alınıb və İngiltərə kraliçası ilə əl sıxmağa bənzəyir" - Baranova - VİDEO

“Şolts və Zelenski arasında əl sıxma olduqca qəribə alınıb və İngiltərə kraliçası ilə əl sıxmağa bənzəyir”.

KONKRET.az xəbər verir ki, bunu etiket eksperti Tatyana Baranova RİA Novosti-yə deyib. O bildirib ki, Şolts və Zelenski arasında əl sıxma olduqca qəribə olub və İngiltərə kraliçası ilə əl sıxmağa bənzəyir.

“Siyasətdə olduğu kimi iş dünyasında da barmaqlarının ucu ilə həmsöhbətin əlini sıxmaq çox qəribə bir qərardır, adətən belə olmur”, – deyə ekspert bildirib.

O, əlavə edib ki, bu, “əlini qəsdən elə uzadıb ki, yalnız onun barmaqlarını tutmaq üçün yer qalır”, bu da II Yelizaveta ilə əl sıxmağa bənzəyir. Lakin bu situasiyaları  eyniləşdirmək olmaz.

“Mən güman edə bilərəm ki, bu, sadəcə olaraq yöndəmsiz bir vəziyyətdir, belə planlaşdırılmayıb. Çətin ki, bu, hansısa şüurlu şəkildə protokol, işgüzar etiket qaydalarını və s. pozuntusudur. Və bu vəziyyətə diqqəti cəlb etməmək üçün hər ikisi hər şeyi olduğu kimi buraxmağa qərar verib və bir-birlni salamlayıblar”, – deyə Baranova əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*