Şoltsdan TƏKZİB: “Ukrayna hətta Almaniya ordusunda olmayan silahlar alir”backend

Şoltsdan TƏKZİB: "Ukrayna hətta Almaniya ordusunda olmayan silahlar alir"

“Ukrayna hətta Almaniya ordusunda olmayan silahlar alir”.

KONKRET.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bu barədə “Globe and Mail” nəşrinə müsahibəsində deyib. O bildirib ki, mətbuatda Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Almaniya hökumətinin başçısı cavab verib ki, müharibəninı ilk günlərindən ölkə Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir.

“Biz əlimizdə olan hər şeyi çatdırdıq – tank əleyhinə və zenit sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və öldürücü olmayan yardım. O vaxtdan biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, çoxsaylı buraxılış raketləri sistemləri, zenit sistemləri, əks batareya radarları. Bu sistemlərin bəziləri o qədər yenidir ki, onlardan çox az bir hissəsi istehsal edilib, bəziləri isə hətta Bundesverə təqdim olunmayıb”,- Şolts deyib.

O əlavə edib ki, Almaniya Ukrayna ekipajları üçün təlimlər də keçir.

“Hazırda ukraynalılara Almaniyanın bir neçə yerində yeni və daha mürəkkəb avadanlıqlar üzrə təlimlər keçirilir. Və biz bu dəstəyi Ukraynaya nə qədər lazımdırsa, göstərməyə davam edəcəyik”, – Şolts əlavə edib.

Qeyd edək ki,, bundan əvvəl alman mətbuatı Olaf Şoltsun icazəsi olmadığı üçün Almaniyanın İris-T SLM hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsini ləngitdiyini yazırdı.

Müqavilə Almaniyanın İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib, lakin yekun icazə Federal Təhlükəsizlik Şurası tərəfindən verilməlidir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*