Son 10 ildə dünyada xərçəng xəstəliyinə tutulma 33 faiz artıbbackend

Son 10 ildə dünyada xərçəng xəstəliyinə tutulma 33 faiz artıb

Beynəlxalq alimlər qrupu dünyada neçə insanın xəstələndiyini və xərçəngdən öldüyünü, xərçəng xəstələrinin neçə il yaşadığını, hansı xərçəng növlərinin ən çox yayıldığını və xərçəngin digər xəstəliklərlə müqayisəsini araşdırıb.

195 ölkəni təmsil edən Global Burden of Disease Cancer Collaboration beynəlxalq alimlər qrupu tərəfindən xərçəng xəstəliyinin xüsusi çəkisi qiymətləndirilib. Araşdırmaların nəticələri JAMA Oncology jurnalında dərc olunub. KONKRET.az jurnala istinadən bildirir ki, araşdırma doktor Kristina Fitzmoris və professor Kristofer Mörreyin rəhbərliyi altında aparılıb.

Sistemli araşdırmalar göstərib ki, 2017-ci ildə 24,5 milyon insan xərçəng xəstəliyinə tutulub və 9,6 milyon insan xərçəngdən dünyasını dəyişib. 2007-ci ildən 2017-ci ilədək xərçəng xəstəliyinə tutulanların sayı 33 faiz artıb: ən kiçik artım isə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə müşahidə edilib.

Dünyada ən çox yayılan xərçəng növləri melanoma olmayan dəri xərçəngi, traxeya, bronx və ağciyər xərçəngi, döş xərçəngi, yoğun və düz bağırsağın xərçəngi və prostat xərçəngidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*