Son bir həftə ərzində ölkədə 95 minə yaxın ağac əkildibackend

Son bir həftə ərzində ölkədə 95 minə yaxın ağac əkildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul”  devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.

KONKRET.az-ın məlumatına görə, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Eyni zamanda  4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb. Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*