SON DƏQİQƏ! Abşeronda vulkan püskürdübackend

SON DƏQİQƏ! Abşeronda vulkan püskürdü

Aprelin 9-da Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanda növbəti püskürmə qeydə alınıb.

KONKRET.az xəbər verir ki, püskürmə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.

Püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib.

Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*