Bakının Binəqədi rayonunda supermarketdə yanğın olub.
KONKRET.az xəbər verir ki, hadisə şahidlərinin “qaynar xətt”inə verdikləri məlumata görə, 8-ci mikrorayonda yerləşən “Bazar Store” supermarketin fasadına quraşdırılan kondisioner alışıb. Nəticədə yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb.
/baku.ws/
