SON DƏQİQƏ! Putinin maşınına silahlı HÜCUM OLDUbackend

SON DƏQİQƏ! Putinin maşınına silahlı HÜCUM OLDU

Rusiya lideri Putinin maşınına silahlı hücum edilib.

KONKRET.az xəbər verir ki, Britaniya mediası Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə silahlı basqın edildiyini iddia edib.

Kreml rəsmisinin açıqlamalarına əsaslanan xəbərdə, Putinin hədəfə alındığı hücum zamanı avtomobildən tüstü qalxıb. Həmin anda Rusiya liderinin başqa yerə aparıldığı bildirilib. Hələlik Kremldən məsələ ilə bağlı heç bir təsdiq gəlməyib.

Ukrayna ilə müharibə vəziyyətində Rusiya Prezidenti Vladimir Putini dərindən sarsıdan bir sui-qəsd cəhdi olub. Britaniyanın “The Sun” qəzeti Kremlə yaxın insanların Putinin avtomobilinin sol ön təkərində “güclü partlayış” və ardınca “güclü tüstü” olduğunu bildirib.

Xəbərdə Putinin sağ-salamat təhlükəsiz yerə aparıldığı və təhlükəsizlik xidməti tərəfindən çoxsaylı həbslərin olduğu bildirilir.

Rusiyada müxalifət kimi tanınan “General SVR” telegram kanalının məlumatına görə, 69 yaşlı liderin bəzi mühafizəçilərinin onun hərəkətləri ilə bağlı məxfi məlumatlar əldə etdikdən sonra yoxa çıxdığı bildirilib.

Qəzetin Kreml əleyhinə olan kanalının məlumatına görə, Putin rəsmi iqamətgahına qayıdıb. O, hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*