SON DƏQİQƏ! Türkiyədə polis 55 nəfəri saxladıbackend

SON DƏQİQƏ! Türkiyədə polis 55 nəfəri saxladı

Türkiyədə FETÖ əleyhinə dörd gündür davam edən “KISKAÇ-24″ əməliyyatları çərçivəsində ümumilikdə 55 şübhəli saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyatlar ölkənin 21 rayonunda – Adana, Ankara, Balıkesir, Bursa, Çorum, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Karabük, Kütahya, Ordu, Manisa, Mersin, Rize, Samsun, Siirt, Tekirdağ və Yalovada keçirilib.

Saxlanılan şübhəlilərin FETÖ-nün məsul şəxsləri ilə əlaqədə olduqları müəyyənləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*