Son sutka ərzində Rusiya Ukraynaya qarşı müharibədə daha 150 hərbçisini itirib. Müharibə başlayandan bəri Rusiyanın itkilərinin ümumi sayı təxminən 35750 nəfərdir.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da yazıb.
Qurumun məlumatına görə, son sutka ərzində rus qoşunları ən böyük itkini Baxmut istiqamətində verib.
İyulun 1-nə Rusiya qoşunlarının ümumi döyüş itkiləri təxminən belədir:
Hərbçilər – təxminən 35 750 (+150) nəfər;
tanklar – 1577 (+4);
zirehli döyüş maşınları – 3736 (+10);
artilleriya sistemləri – 796 (+6);
MLRS – 246 (+0);
hava hücumundan müdafiə sistemləri – 105 (+1);
təyyarə – 217 (+0);
PUA-lar – 645 (+4);
qanadlı raketlər – 143 (+0);
gəmilər / qayıqlar – 15 (+1);
avtomobillər və avto sisternlər – 2610 (+8);
xüsusi texnika – 61 (+0).
Roman Göytürk,
KONKRET.az
