Son sutkada neçə nəfər koronavirusa yoluxdu?backend

Son sutkada neçə nəfər koronavirusa yoluxdu?

Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-19-a yoluxan 5 nəfər sağalıb, ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 831 950 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 7 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 365, bu günə qədər isə ümumilikdə 7 644 849 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*