Son zamanlar yayılan xəstəliklər yuxarı tənəffüs yollarını zədələyirbackend

Son zamanlar yayılan xəstəliklər yuxarı tənəffüs yollarını zədələyir

Halsızlıq, qızdırma, boğaz və baş ağrısı, ürəkbulanma…

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar əhali arasında yayılan xəstəliyin əlamətləri bunlardır.

Havaların soyuması ilə bir sıra infeksion xəstəliklər baş qaldırıb. Xüsusilə insanlar arasında respirator infeksiyalar, qrip və soyuqdəymə hallarına daha çox rast gəlinir.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazovun sözlərinə görə, bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarını zədələyir.

Təyyar Eyvazov deyir ki, qripə qarşı peyvənd olunmalı  və müəyyən gigiyena tədbirləri ilə virusun yayılmasının qarşısını almağa çalışmaq lazımdır.

İnfeksionist tövsiyyə edir ki, bu ərəfələrdə bol vitaminli meyvə-tərəvəz və qidalar qəbul edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*