Şotlandiya millisinin sabiq qapıçısı xərçəngdən dünyasını dəyişdibackend

Şotlandiya millisinin sabiq qapıçısı xərçəngdən dünyasını dəyişdi

Şotlandiya millisinin sabiq qapıçısı Endi Qoram vəfat edib.

KONKRET.az-ın məlumatına görə, keçmiş qolkiper 58 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

“Reyncers”in sabiq oyunçusu apreldə xəstəliyə tutulduğunu açıqlamışdı.

Qeyd edək ki, Endi Qoram 5 dəfə Şotlandiya çempionatının, 3 dəfə ölkə kubokunun qalibi olub. Təcrübəli oyunçu 2000/2001 mövsümündə “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını da qazanıb. Qoram 1985 – 1998-ci illərdə Şotlandiya yığmasının heyətində 43 matçda meydanda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*