Şotlandiyanın səhiyyə naziri oğlanlarının güdazına getdibackend

Şotlandiyanın səhiyyə naziri oğlanlarının güdazına getdi

Şotlandiyanın səhiyyə naziri Mişel Mateson istefa verdiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, buna səbəb təxminən 11 min funt sterlinq dəyərində mobil cihazın internet fakturası ilə bağlı tənqidlər olub. Səhiyyə naziri bildirib ki, onun oğlanları 2022-ci ildə Mərakeşdə tətil edərkən internetdən çox istifadə ediblər.

Böyük Britaniyaya bağlı 4 ölkədən biri olan Şotlandiyanın səhiyyə naziri qalmaqala davam gətirə bilməyib.

Nazir borcu şəxsi büdcəsindən ödəyərək xaqldan üzr istəyib. Lakin Şotlandiya Parlamenti məsələ ilə bağlı araşdırmaya başlayıb.

Matheson dünən rəsmi açıqlama verərək, yoxlamanın nəticəsini hələ bilmədiyini və istefa verdiyini deyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*