backend

Şoyqu: “ABŞ Kiyevi son ukraynalıya qədər döyüşməyə vadar edir”

“Rusiya Silahlı Qüvvələri “DXR” və “LPR”-ni “azad etmək” planını ardıcıl olaraq yerinə yetirir, hərbçilər döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və qəhrəmanlıq göstərirlər”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

O əlavə edib ki, Rusiya öz vətəndaşlarının təhlükəsizliyinin etibarlı təminatçısı olaraq qalır.

Şoyqu həmçinin bildirib ki, ”Ukraynaya külli miqdarda silahların tədarük edilməsi Kiyevi son ukraynalıya qədər döyüşməyə təhrik etmək məqsədi daşıyır”.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya qoşunlarının hərəkətləri və istifadə edilən silahların keyfiyyəti onu göstərir ki, ölkənin hərbi-siyasi rəhbərliyi tərəfindən qoyulan prioritetlər uğurla icra edilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*