Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Moskvada Qırmızı meydanda keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə keçiriləcək parad barədə ətraflı məlumat verib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.
Onun sözlərinə görə, bu ilki parad bir saat yarım ərzində keçiriləcək və tədbirin özü əvvəlki illərə nisbətən daha böyük olacaq.
“Yalnız 75 illik Qələbə olduğuna görə”, — deyə Şoyqu bildirib.
O əlavə edib ki, paradda 15 min hərbçi, 375 ədəd quru və aviasiya texnikası iştirak edəcək.
Nazir qeyd edib ki, paradda zenit raket sistemlərinin, HHQ komplekslərinin, tankların və digər hərbi maşınların ən yeni nümunələrini ilk dəfə görmək mümkün olacaq.
Babək Göyüş
KONKRET.az
