“Spartak” Okan Buruka təklif göndərdibackend

“Spartak” Okan Buruka təklif göndərdi

İstanbulun “Qalatasaray” klubunun baş məşqçisi Okan Buruk Moskvanın “Spartak” klubunun sükanı arxasına keçə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Əsr” nəşri məlumat yayıb.

Məlumata görə, Moskva klubu 50 yaşlı məşqçiyə bonuslar daxil olmaqla 7,5 milyon avro qazana biləcəyi 2 illik müqavilə təklif edib.

Burukun “Spartak”ın təklifinə müsbət reaksiya verdiyi qeyd edilir.

Qeyd edək ki, “Spartak” klubu aprelin 14-də baş məşqçi Gilyermo Abaskalı istefaya göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*