Spiker narazılıq yaradan qanun layihəsi ilə bağlı komitə sədrlərinə müsahibə verməyi tapşırdıbackend

Spiker narazılıq yaradan qanun layihəsi ilə bağlı komitə sədrlərinə müsahibə verməyi tapşırdı

Milli Məclisin sədri Sahibə Qafarova Mülki Prosessual Məcəlləyə son dəyişikliklərlə bağlı qanun layihəsi ilə əlaqədar parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişiliyə mətbuata müsahibə verməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker deyib ki, sosial şəbəkələrlə təklif olunan dəyişikliklərlə bağlı geniş müzakirələr aparılıb.

S. Qafarova bu səbəbdən hər iki komitə sədrindən iclasdan sonra jurnalistlərə açıqlama verməyi, məsələlərə aydınlıq gətirmələrini istəyib.

Qeyd edək ki, bu gün parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Eyni zamanda bir sıra məhkəmə rüsumları artırılır. Bu məsələlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*