“Sputnik Ermənistan” Azərbaycan “qardaşını” SİLDİbackend

Sputnik Ermənistan” Azərbaycan “qardaşını” SİLDİ

“Sputnik Ermənistan” xəbər portalı dizaynını dəyişib. Yeni dizayn daha çox Rusiyanın əsas informasiya agentliklərini xatırladır.

KONKRET.az xəbər verir ki, Sputnik-in erməni versiyası rus və digər dillərdə yayımlanan versiyadan daha zəngin, operativ və texniki cəhətdən nəhəng görünür. Əlbəttə ki, burda Sputnik agentliyinin baş redaktoru Marqarita Simonyanın da rolu kifayət qədər böyükdür. Yarandığı qısa müddətdə “Sputnik Ermənsitan” sırf erməni maraqlarına xidmət edən, ölkələrində ən çox oxunan eksklüziv portala çevrildi – “Sputnik Azərbaycan”dan fərqli olaraq. “Sputnik Ermənistan”ın erməni maraqlarına xidmət edən komandası var, təəssüf ki, “Sputnik Azərbaycan” haqda bu sözləri demək mümkün deyil. Əksinə, “Spitnik Azərbaycan” haqda daha fərqli açıqlamalar, bu komandadan ayrılanların rəhbərlik haqda zaman-zaman verdikləri bəyanatlar təəssüf doğurur.

Qayıdaq “Sputnik Ermənistan”nın yenilənmiş dizaynına. Saytın üst hissəsində Spitnik-in fəaliyyət göstərdiyi 30-dan çox dil və həmin dillərə keçidlər qeyd olunub. Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Amerika və s. Qafqaz hissəsinə gəldikdə, erməni, gürcü, hətta osetin və abxaz dilləri və o dildə yayımlanan versiyaya keçidlər var, lakin “Sputnik Azərbaycan” yoxdur.

Maraqlıdır, niyə? Bəlkə, “Sputnik Azərbaycan” bağlanacaq? İnformasiya savaşında geri qalan “milli” versiyaya ehtiyac duyulmur.

“Sputnik Azərbaycan”ndan Axar.az-a bildirildi ki, bu “Sputnik Ermənsitan”nın daxili koorporativ məsələsidir və onlar Moskvadakı baş ofislə razılaşdırıb yenilik edirlər.

Verilən cavab bir qədər düşündürücüdür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*