Stalin niyə heç vaxt dənizdə üzməyib? – MARAQLIbackend

Stalin niyə heç vaxt dənizdə üzməyib? - MARAQLI

Stalin 1930-cu illərin əvvəlindən ənənəvi bayramlarını Qara dəniz sahillərində, Abxaziya və Soçidə keçirməyi çox sevirdi.

Bununla belə, İosif Vissarionoviç heç vaxt nəinki Qara dənizdə və heç bir açıq yerlərdə çimməyib. O, terraslardan sakitcə dəniz mənzərələrindən həzz almağa üstünlük verirdi. Bu səbəbdən, dəniz mənzərəsinə mane olan ağacların kəsilməsini də istəyirdi.

Дача Сталина в Сочи

Stalinin bağ evlərində müntəzəm olaraq dəniz suyu ilə doldurulan kiçik hovuzlar var idi. Yeri gəlmişkən, onlar Stalinin boyuna uyğun olaraq dayaz olurdu.

Əslində, İosif Vissarionoviç dənizdə çimməkdən niyə imtina edirdi?

Gəlin ondan başlayaq ki, Stalin çox güman ki, sadəcə üzməyi bilmirdi. O, dənizlərdən uzaq, şərqi Gürcüstanın dağlarında böyüyüb. Sonra sürgün, həbsxana həyatı təcrübəli inqilabçının üzgüçülüklə məşğul olmasına ciddi maneə törədib. Görünən odur ki, onun boğulmaqdan qorxması səbəbsiz deyildi.

Bundan əlavə, o çox pis xəstəliklərdən, revmatizmdən əziyyət çəkirdi, ağciyərlərində problemlər var idi, sonradan isə insult keçirmişdi. Onun xəstəlik tarixçəsindən də aydın olur ki, hələ 1935-ci ildə həkimlər Stalinə “dənizdə üzməmək” barədə ciddi tövsiyələr vermişdilər.

Digər səbəb isə bir liderin dənizdə təhlükəsizliyinin təmin edilməsinin daha çətin olmasıydı.

Və nəhayət, Stalin hələ gənc yaşlarından kompleks keçirirdi, Yəni açıq havada soyunmağı, ümumiyyətlə, sevmirdi. Buna görə də Stalin yalnız bağ evinin hovuzunda təklikdə çimirdi.

Личный бассейн товарища Сталина на даче в Сочи

Yeri gəlmişkən, onun əsas rəqibi Hitler də utancaqlıq kompleksindən əziyyət çəkirdi.

Hazırladı: İlahə Əhmədova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*