“Şüuru təyin edən varlıq haqqında marksist tezisdən istifadə etsək, “ticarət ziddiyyətli xalqların psixologiyasını dəyişdirməlidir”. 11 yanvar bəyanatından bölgə və bütövlükdə Ermənistan gələcəkdə fayda görəcək. Amma indi İrəvanda ciddi fikir ayrılığı üzündən bu, etiraf edilmir”.
KONKRET.az xəbər verir ki, bu fikirləri 11 yanvarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları bəyanatı “RİA Novosti”-yə şərh edən Qafqaz məsələləri üzrə mütəxəssis, tarix elmləri namizədi Stanislav Tarasov deyib. Ekspert Minsk qrupunun tədricən üçtərəfli yeni formata çevrilməsini istisna etmir. Bu formatda ABŞ və Fransa yoxdur, Azərbaycanla Ermənistan və təbii ki Rusiya var. “Rusiya sülhməramlılarının Qarabağa gəlişindən sonra münaqişənin siyasi və diplomatik bir kanala köçürülməsi qaçılmazdır. Heç kim üçüncü bir şəxslə – Rusiya ilə qarşıdurma istəmir. Hətta Ankara artıq İrəvanla əməkdaşlıq etməyə meyllidir”, – deyə Tarasov bildirib.
KONKRET.az
