Stoltenberq: “Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, İsveç NATO-ya üzv olacaq”backend

Stoltenberq: "Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, İsveç NATO-ya üzv olacaq"

“İsveç Türkiyə və Macarıstanın müqavimətinə baxmayaraq, Şimali Atlantika Alyansına üzv olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Mən İsveçin Alyansa üzv olacağına əminəm, ən azı ona görə ki, bütün NATO müttəfiqləri, o cümlədən Türkiyə Madriddə keçirilən sammitimizdə İsveçi üzv olmağa dəvət edib”, – o CNN telekanalına müsahibəsində bildirib.

Baş katib həmçinin Ukraynanın ehtiyaclarını ödəmək üçün sursat istehsalını artıracağına söz verib.

Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveç NATO-ya üzvlük üçün bir sıra əlavə addımlar atmalıdır, çünki hazırkı addımlar kifayət deyil.

Eyni zamanda, Stoltenberq daha əvvəl qeyd edib ki, İsveç NATO-ya üzv olmaq üzrə öhdəliklərini tam yerinə yetirib.

Xatırladaq ki, aprelin 4-də Finlandiya NATO-nun rəsmi üzvü olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*