“Sülhməramlılar vəzifələrini yerinə yetirə bilmir” – Erməni siyasətçibackend

"Sülhməramlılar vəzifələrini yerinə yetirə bilmir" - Erməni siyasətçi

“Sülhməramlılar vəzifələrini yerinə yetirə bilmirlər”.

KONKRET.az xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan erməni mediasına bildirib.

“Rusiya sülhməramlıları Qarabağın ətrafında dayanıblar. Amma yavaş-yavaş tələsmək lazımdır. Heç olmasa, üzərlərinə götürdükləri vəzifələri yerinə yetirməlidirlər.

Ancaq bu da alınmır. Səbəb, ilk növbədə, 2020-ci ildə uduzulmuş müharibə, ikincisi, Ukraynadakı müharibədir. Orada irəliləyiş olana qədər hər hansı dəyişiklik olmayacaq”, – deyə İskəndəryan bildirib.

Onun fikrincə, dünya elə qurulub ki, Ermənistana başqa ölkələrin sülhməramlı qoşunları təklif olunmur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*