Sülhməramlıların hərəkətləri Qarabağda daha çox itki verməməyə kömək etdi – Şoyqubackend

Sülhməramlıların hərəkətləri Qarabağda daha çox itki verməməyə kömək etdi - Şoyqu

Rusiya sülhməramlılarının fədakar və peşəkar hərəkətləri Qarabağda münaqişənin gərginləşməsi zamanı daha çox itkilərin qarşısını almağa kömək etdi.

KONKRET.az TASS-a istinadən  xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Mən Rusiya sülhməramlılarına daha çox itki verməməyə kömək edən fədakar və peşəkar hərəkətlərinə görə təşəkkür edirəm. Sülhməramlılar yaralılara və ehtiyacı olanlara hərtərəfli tibbi yardım göstəriblər”, – nazir bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin yardımı ilə müasir avadanlıqla təchiz olunmuş modul düşərgə, cərrahi yardım imkanı olan soyunub-geyinmə otağı və reanimasiya şöbəsi olan əməliyyat modulu yerləşdirilib”, – Şoyqu qeyd edib.

Ariz Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*