Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə şəhər sakini K.Abbasovanın içərisində 100 manat pulu, bank kartı, sənədi, iki ədəd qızıl sırğa və boyunbağısının çantasından oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri K.Atayev və Y.Musayev müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı təhqiqat davam edir.