Sumqayıtda 3 nəfərin öldüyü dəhşətli qəzadan FOTOLAR YAYILDI – YENİLƏNİBbackend

Sumqayıtda 3 nəfərin öldüyü dəhşətli qəzadan FOTOLAR YAYILDI - YENİLƏNİB

Bu gün Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya sərhədi yolunun 43-cü km-də, Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Bakının Suraxanı rayon sakini, 37 yaşlı Seymur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Quba istiqamətinə gedərkən avtomobil metal konstruksiyalı arakəsməyə dəyərək aşıb.

Qəza nəticəsində sürücü, 34 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı Fidan Ələkbərova və 1 yaşlı övladı Həmzə Əliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Emin Kərimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*