Sumqayıtda ağır qəza – Bir ailənin 3 üzvü öldübackend

Sumqayıtda ağır qəza - Bir ailənin 3 üzvü öldü

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü – sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*