backend

Sumqayıtda avtomobil vuran piyada xəsarət alıb

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ bildirir ki, qəza şəhərin Bakı küçəsində, şəhər avtovağzalının qarşısında qeydə alınıb. Avtomobil yolunu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Əmirxanovu avtomaşın vurub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub və o, sağ ayağının bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*