Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏbackend

Sumqayıtda kütləvi ZƏHƏRLƏNMƏ

Sumqayıtda kütləvi zəhərlənmə baş verib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) KONKRET.az-a verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.

“Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”, – TƏBİB-in məlumatında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*