Sumqayıtda xəstəxanada baş verən yanğının təfərrüatları məlum oldu – FOTOLARbackend

Sumqayıtda xəstəxanada baş verən yanğının təfərrüatları məlum oldu - FOTOLAR

Sumqayıt şəhər 4 saylı xəstəxanasının ərazisində yanğın baş verib.

KONKRET.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın məcburi köçkünlərin məskunlaşdığı binanın birinci mərtəbəsindən (dəhlizdən) başlayıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri, eləcə də Təcili Tibbi Yardım və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov KONKRET.az-a bildirib ki, hadisə zamanı binada olan 32 nəfər xilas edilib, 49 nəfər isə təxliyə olunub. Xəsarət alanların olmadığı bildirilib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Sakinlər yanğın baş verdiyi binada işğaldan azad edilən rayonlardan 21 ailənin məskunlaşdığını bildiriblər.

Qeyd edək ki, yanğının baş verdiyi əraziyə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev və digər rəsmilər də gəlib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*