Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.AZ-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Babayeva Ofelya Hacıməmməd qızı
Quliyev Təbrik Müzəffər oğlu
Maxsudov Maxsudəli Abbas oğlu
Şəfiyev Əşrəf Cavad oğlu.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
