Süni intellekt qlobal rəqabəti yenidən formalaşdırır – YENİ DÖNƏM BAŞLAYIRbackend

Süni intellekt qlobal rəqabəti yenidən formalaşdırır - YENİ DÖNƏM BAŞLAYIR

Milli Kəşfiyyat Akademiyası (MİA) tərəfindən hazırlanan “Dünya siyasətində texnopolitik nizam müzakirələri və Türkiyə” başlıqlı hesabatda süni intellekt dövründə yüksələn yeni texnopolitik rəqabətin əsas dinamikaları təhlil edilərək, teхnorealist, texnopraqmatist və texnohumanist yanaşmalar müqayisəli şəkildə ələ alınıb.

KONKRET.az xəbər verir ki, MİA Rəhbəri Prof. Dr. Talha Köse hesabatın ön sözündə, gələcəkdəki beynəlxalq rəqabətin süni intellekt texnologiyaları və bu texnologiyaları mümkün edən qabaqcıl çiplər, kritik minerallar, enerji mənbələri, məlumat infrastrukturları və robototexnika sistemləri ətrafında formalaşacağını bildirib.

Qlobal siyasətin, iqtisadiyyatın və ictimai strukturun yeni qrammatikasını texnopolitik müzakirələrin müəyyən edəcəyini vurğulayan Köse, Türkiyənin strateji sürprizlərlə üzləşməməsi və yeni imkanları dəyərləndirə bilməsi üçün bu transformasiyanın aktiv iştirakçılarından biri olmasının zəruri olduğunu qeyd edib.

Hesabatda, süni intellekt və onu mümkün edən kritik texnologiyalar ətrafında formalaşan texnopolitik nizamın beynəlxalq siyasətdən iqtisadi rəqabətə, dövlət potensialından ictimai strukturа qədər bir çox sahədə köklü dəyişikliklərə səbəb olduğu vurğulanıb.

Texnopolitik nizam müzakirələri üç əsas yanaşma üzərindən araşdırılıb*

Hesabatda bugünkü texnopolitik nizam müzakirələrinin üç əsas yanaşma ətrafında formalaşdığı bildirilib:

Texnorealist yanaşma — süni intellekti dövlətlərin geosiyasi rəqabətdəki strateji üstünlüyünü müəyyən edən əsas amil kimi görür, dövlət-sənaye əməkdaşlığını gücləndirməyi və texnoloji potensialı milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi dəyərləndirir.

Texnopraqmatist yanaşma — güclü süni intellekt sistemlərinin təhlükəsiz, nəzarət oluna bilən şəkildə inkişaf etdirilməsini əsas götürür, təhlükəsizliyin dizayn prosesinin ayrılmaz hissəsi olması lazım olduğunu müdafiə edir.

Texnohumanist yanaşma — süni intellekti insan ləyaqəti, ümumi rifah, azadlıq və ictimai ədalət baxımından dəyərləndirir, texnoloji inkişafın insanı mərkəzə alan etik prinsiplər əsasında formalaşması lazım olduğunu müdafiə edir.

Hesabatda bu üç yanaşmanın fərqli güclü tərəfləri və məhdudiyyətləri olduğu, Türkiyə baxımından isə tək bir yanaşmanı qəbul etmək yerinə bu perspektivlərin güclü tərəflərini birləşdirən balanslı və realist strateji çərçəvənin inkişaf etdirilməsinin əhəmiyyət daşıdığı ifadə edilib.

Türkiyənin süni intellekt ekosisteminin güclü və zəif tərəfləri araşdırılıb

Hesabatda Türkiyənin süni intellekt sahəsindəki mövcud potensialı ilə inkişaf etdirilməsi lazım olan sahələr birlikdə dəyərləndirilib.

Müdafiə sənayesində əldə edilən texniki təcrübənin, süni intellekt dəstəkli qərar mexanizmlərinin və əməliyyat təcrübəsi ilə formalaşan məlumat toplusunun Türkiyəyə mühüm üstünlüklər təmin etdiyi qeyd edilən hesabatda, dövlət qurumları ilə özəl sektor arasında inkişaf edən əməkdaşlıqların və keyfiyyətli insan kapitalının da bu potensialı dəstəkləyən mühüm amillər olduğu bildirilib.

Hesabatda, məlumat idarəçiliyindəki parçalanmış struktur, qurumlar arası standartlaşma çatışmazlığı, məlumat keyfiyyətinə dair fərqlər, şəffaflıq və hesabatlılıq sahələrində gücləndirilməli olan tərəflərin mövcud olduğu dəyərləndirilərkən, texniki potensialın davamlı uğura çevrilə bilməsi üçün güclü institusional idarəçilik anlayışı ilə dəstəklənməsi zərurəti vurğulanıb.

*Türkiyə üçün texnopolitik yanaşma təklif edilib*

Hesabatda, Türkiyə baxımından üç texnopolitik yanaşmadan heç birinin tək başına yetərli çərçivə təqdim etmədiyi vurğulanıb. Hesabata görə, Türkiyə üçün ən sağlam yol bu üç perspektivin güclü tərəflərini birləşdirən özgün texnopolitik anlayış inkişaf etdirməkdir. Hesabatda həmçinin süni intellektin yalnız texnoloji üstünlük təmin edən vasitə kimi görülməsinin yeni qlobal iyerarxiyaları da bərabərində gətirə biləcəyinə diqqət çəkilib.

Hesabatda, Türkiyənin çoxşaxəli sivilizasiya təcrübəsi, birgəyaşayış mədəniyyəti və insanı mərkəzə alan yanaşması ilə bu anlayışa alternativ ola biləcək mühüm potensiala malik olduğu vurğulanaraq, əxlaqi söyləmin güclü institusional potensial və strateji hazırlıqla dəstəklənmədiyi təqdirdə tək başına yetərli olmayacağı bildirilib.

Türkiyənin strateji potensialını gücləndirəcək addımlar sadalanıb

Hesabatda Türkiyənin texnopolitik sahədəki strateji potensialını gücləndirməyə yönəlik geniş siyasət təklifləri də təqdim edilib: özgün texnopolitik yanaşmanın inkişaf etdirilməsi, beynəlxalq texnopolitik diplomatiya potensialının gücləndirilməsi, fənlərarası insan kapitalının hazırlanması, milli süni intellekt infrastrukturunun inkişaf etdirilməsi, məlumat idarəçiliyinin institusional çərçəvəyə salınması, risk əsaslı süni intellekt idarəetmə modelinin yaradılması, dövlət qurumlarında ortaq standartların inkişaf etdirilməsi, texnoloji asılılıqların azaldılması, beynəlxalq idarəçilik proseslərində daha effektiv rol götürülməsi və müdafiə sahəsində inkişaf etdirilən texnoloji potensialın mülki sahələrə ötürülməsi.

Hesabatda, süni intellekt dövründə yaşanan texnopolitik transformasiyanın yalnız texnoloji inkişaflarla məhdudlaşmadığı, dövlətlərin strateji potensialını, iqtisadi rəqabət qabiliyyətini, ictimai strukturunu və beynəlxalq mövqeyini birbaşa təsir edən çoxölçülü proses olduğu vurğulanıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*