Süni mayalanma qadınlarda xərçəng yaradır? – Həkimdən AÇIQLAMAbackend

Süni mayalanma qadınlarda xərçəng yaradır? - Həkimdən AÇIQLAMA

Hazırda ailə quran bəzi cütlüklər var ki, bir çox səbəblərdən təbii yolla övlad sahibi ola bilmirlər.

Buna görə də alternativ variant olan süni mayalanma yolunu seçirlər.

Məhz bu üsulla xeyli ailə körpə sahibi olsa da, onkoloqlar iddia edirlər ki, süni mayalanma sonralar qadınlarda beyin xərçənginə qədər gətirib çıxara bilir.

Doğurdanmı süni mayalanma ziyanlıdır? Bu proses hansı fəsadlara yol aça bilər ?

KONKRET.AZ bildirir ki, mövzu ilə bağlı mama-ginekoloq Rəşad Sultan Modern.az-a danışıb.

“Süni mayalnma etdirərkən yaxın dönəmdə hiperstimulyasiya – çoxsaylı yumurta yetişməsiylə əlaqədar bədəndə ciddi su itkisi, böyrək, qaraciyər çatışmazlığı, hətta ölüm riski olan vəziyyət yarana bilər.

Bundan başqa, uşaqlıqdankənar hamiləlik, çoxdöllü hamiləlik və buna bənzər risklər də artır.

Uzaq dönəmdəki risk: aylarla davam edən yumurta yetişdirmə uzun illər sonra yumurtalıq xərçəngi riskini cüzi artırır.

Yumurta toplama prosedurasının da edilən müdaxiləyə uyğun, hər əməliyyatda olduğu kimi, qanaxma və infeksiya riskləri var.

Xalq arasında düşünüldüyü kimi, verilən dərmanların hansısa hormonal balansı pozucu bir təsiri olmur.

Bu dediklərimdən əlavə isə başqa risk və zərərlər yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*