Superliqa: “Beşiktaş” səfərdə “Fənərbağça”nı məğlub edibbackend

Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib

Türkiyə Superliqasında daha bir oyun keçirilib.

KONKRET.az xəbər verir ki,IV turun mərkəzi matçında “Fənərbağça” “Beşiktaş”ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.

“Ağ-qaralar”ın heyətində 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə Duşan Vlahoviç fərqlənib.

Meydan sahiblərinin heyətində isə Milan Şkrinyar 26-cı dəqiqədə adını tabloya yazdıra bilib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Beşiktaş” ikinci pillədə qərarlaşıb. “Fənərbağça” 6 xalla dördüncü yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*