Suqovuşanda daha bir erməni hərbçinin qalıqları tapıldıbackend

Suqovuşanda daha bir erməni hərbçinin qalıqları tapıldı

Suqovuşanda 44 günlük Vətən müharibəsi zamanı məhv edilmiş daha bir erməni hərbçinin qalıqları tapılıb.

KONKRET.az bu barədə erməni mətbuatına istinadla  xəbər verir.

“Ölən əsgərin qalıqları Rusiya sülhməramlıları tərəfindən Ermənistan tərəfinə təhvil verilib. Ölən şəxsin kimliyi məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən olunacaq.

Ümumilikdə axtarışlar zamanı 1705 əsgər və mülki şəxsin cəsədinin qalıqları aşkar edilib.
Hazırda əməliyyat-axtarış tədbirlərinin bərpası üçün danışıqlar aparılır”, – məlumatda deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*