“Suren Papikyan hakimiyyətin varisi roluna hazırlaşır”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. “Elə insanlar var ki, ölkədə mühüm rol oynayırlar, ancaq kölgədə qalırlar. Üç ilə yaxındır ki, belə boz kardinal rolunu Tiqran Avinyan oynayıb. Bunu Suren Papikyan barəsində də demək olar”, -qəzet yazır.
“İndi o, müdafiə naziri postunu tutaraq beynəlxalq arenaya çıxıb, Rusiyanın, NATO-nun rəsmi dairələri ilə sıx əlaqələri olacaq, lakin Papikyan ölkənin daxili həyatına məhəl qoymur. O, əvvəllər dostlarını, qohumlarını müxtəlif vəzifələrə təyin edirdisə, indi Papikyan öz adamlarını müxtəlif sistemlərə daha intensiv şəkildə tanıtdırır.
Bu yaxınlarda Davtaşen inzibati ərazi dairəsinə yeni rəhbər təyin olundu ki, bu da ciddi narazılığa səbəb oldu. “Yuxarılar” belə hesab edir ki, o, hakimiyyətin varisi roluna hazırlaşır”, – qəzet yazır.
Xuraman Etibarlı,
KONKRET.az
