Suren Sarkisyan: “Ermənistanla Çinin strateji əlaqələri iflasa uğradı”backend

Suren Sarkisyan: "Ermənistanla Çinin strateji əlaqələri iflasa uğradı"

“Son 2,5-3 il xarici siyasətimizdə tamamilə uğursuzluqla yadda qaldı. Həm Ermənistan-Rusiya strateji, həm də Ermənistan-Amerika və Ermənistan-Çin münasibətləri iflasa uğradı”.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan “Verelq.am”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın Çinlə münasibətləri həmişə yüksək səviyyədə olub. Hər iki tərəf dəfələrlə müxtəlif beynəlxalq məsələlərdə mövqelərin oxşarlığını vurğulayıblar. “Bu, həqiqətən ciddi və müstəsna bir fakt idi. Təəssüf ki, Ermənistan hakimiyyətinin bir sıra ciddi səhvləri nəticəsində Pekinin bizə münasibəti dəyişdi. Təsdiq üçün aşağıdakı faktlara fikir vermək lazımdır.

1. 2019-cu ilin mayında Baş nazir Paşinyan Çinə səfər etdi. Yüksək səviyyəli görüşlər zamanı “Yol və Zona” hissəsi də daxil olmaqla bir sıra razılaşmalar əldə edildi. Lakin hökumətin səbatsızlığı və məsuliyyətsizliyi səbəbindən onlar yerinə yetirilmədi. Çin tərəfi də təbii ki, bundan özü üçün müəyyən nəticə çıxardı.

2. 2019-cu ildə Tayvanın İqtisadiyyat naziri Ermənistana səfər etdi. Bu arada Çinlə bir bəyannaməmiz var, ona görə Ermənistan Tayvanla heç bir rəsmi əlaqə qurmayacağına dair söz verdi. Aydındır ki, təkziblər, izahatlar, and içmələr oldu. Lakin Çin tərəfi artıq nəticə çıxarmışdı.

 3. 2019-cu ildə Ermənistan Beynəlxalq Dini Azadlıq İttifaqına qatıldı. Bu hərəkət Donald Tramp administrasiyasının gizlətmədiyi dərəcədə Çin əleyhinədir. Bununla da İrəvan ikinci böyük yanlış addımını atdı. Və Çin tərəfi hər şeyə son verdi.

“Bütün bunlardan sonra Çinin BMT Təhlükəsizlik Şurasında tutduğu mövqeyə təəccüblənmək lazımdırmı?”, – deyə Suren Sarkisyan ritorik sualla fikrini tamamlayıb.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*