Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480-ə çatıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, azı 3 min nəfər isə yaralanıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
***
10:09
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3042-ə çatıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur.
Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə 1 200-dən çox insanın həlak olduğu bildirilib.
Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.
