Suriyadan qayıdanlar cəza əməliyyatlarında iştirak etmişlərbackend

Suriyadan qayıdanlar cəza əməliyyatlarında iştirak etmişlər

Təqsirləndirilən şəxslərdən biri, yaraqlıların kafir hesab etdikləri insanların başlarının kəsildiyi fonda şəkil çəkdiribmiş.

Suriyadan geri dönən 14 qazaxıstanlının Nur Sultanda açıq məhkəmə iclası başlayıb. İttihama görə, onlar keçmiş İŞİD döyüşçüləridir. Təqsirləndirilən şəxslər terror fəaliyyətində iştirak, terrorçuluğa cəlb və təbliğ etmək, habelə digər ağır cinayətlərdə ittiham olunurlar. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, onlar “Jusan” xüsusi əməliyyatının bir hissəsi olaraq Qazaxıstana qaytarılıblar.

Məhkəmə prosesində prokuror Suriyadan qayıdan qazaxıstanlıların işindəki şok detalları açıqlayıb. Onun sözlərinə görə, Suriyada terrorçu sıralarında olduqları müddətdə bu vətəndaşlar hərbçilərin cəza əməliyyatlarında iştirak ediblər.

Beləliklə, ittiham tərəfinin dediyinə görə, müttəhimlərdən biri kəsilmiş başın yanında şəkil çəkdirərək internetdə paylaşıb.

“Suriyanın şəhərlərindən birində silahlı qarşıdurmadan sonra, İŞİD əsgərlərinin məğlub olduğu bir vaxtda, onların kafir hesab etdikləri 4 nəfərin başını kəsiblər. Həmin şəhərin sakinləri arasında qorxu oyatmaq üçün bu başları yeddi gün küçələrdə saxlayıblar. Terror qruplaşmasının üzvü Jansengirov həmin başların fonunda fotoşəkil çəkdirib. Əlindəki silahı başa tuşlayaraq ayağı ilə tapdalayıb. Fotonu da internetdə paylaşıb”, – deyə prokuror Murad Edil ittiham aktını oxuyub. Prokurorun sözlərinə görə, ekspertiza fotoşəkildə müttəhimlərdən birinin (Jansengirov) olduğunu təsdiqləyib.

Cinayət törətməkdə şübhəli bilinən 1969-cu il təvəllüdlü Babay ləqəbli Bakıtjanov Qazinur və 1986-cı il təvəllüdlü Abdulhafiz ləqəbli Jansengirov Amanjol İŞİD-in üzvü olublar. Prokuror əlavə edib ki, Jansengirov və Bakıtjanov “yerli hökumət ordusu üzərində qələbə” münasibətilə əllərində mobil telefonun kameralarına videolar çəkiblər.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 174-cü maddəsinin 2-ci hissəsi, 256-cı maddənin 2-ci hissəsi və 313-cü maddəsi ilə ittiham irəli sürülüb.

Ümumilikdə MTK dövlət orqanları və xarici tərəfdaşlarla birlikdə Suriyadan 595 qazaxıstanlını qaytarıb, onlardan 400-dən çoxu uşaq olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*